BTİ: Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur
COP29 çərçivəsində təqdim olunacaq Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Doreen Bogdan-Martin COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.
O qeyd edib ki, üzv dövlətlər rəqəmsal transformasiya və davamlılığın birlikdə getməli yol olduğunu anlayırlar: "Buna görə də, qərara gəlinib ki, davamlı rəqəmsal transformasiya BTİ-nin iki strateji hədəfindən biri olsun. Texnologiya şirkətləri bərpa olunan enerjinin ən böyük alıcıları arasındadır və bəziləri artıq 100 % bərpa olunan elektrik enerjisindən istifadə edirlər. Eyni zamanda, BTİ-nin Yaşıllaşdırıcı Rəqəmsal Şirkətlər hesabatında göstərildiyi kimi, texnoloji sektorun ətraf mühitə təsiri şəbəkə xidmətləri və məlumatların saxlanmasına qlobal tələbatın artması səbəbindən artır”.
Bundan başqa, qonağın sözlərinə görə, COP29 Sədrliyi və ev sahibi ölkəsi Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün edib: “Yaşıl Rəqəmsal Fəaliyyət üçün bu önəmli məqam bizi rəqəmsal texnologiyaların ətraf mühitə təsirini azalda biləcəyimizə və azaltmalı olduğumuza, iqlim böhranı ilə mübarizədə onların danılmaz potensialından istifadə edəcəyimizə dair ümumi inancla irəli aparmalıdır. Gəlin COP30-a qədər olan yaşıl rəqəmsal gücümüzü və onunla birlikdə gələcək nəsillər üçün daha davamlı rəqəmsal gələcəyimizi qurmağa davam edək”.
Oxşar xəbərlər
Dorin Boqdan-Martin: COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsini dəstəkləmək üçün buradayıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masada müzakirə olunan məsələlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə rəsmisi: "Rəqəmsal texnologiyaların inkişafı həyatımızda çox böyük rol oynayır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












