Türkiyə rəsmisi: "Rəqəmsal texnologiyaların inkişafı həyatımızda çox böyük rol oynayır"
sizinxeber.az xəbər saytı

Türkiyə rəsmisi: "Rəqəmsal texnologiyaların inkişafı həyatımızda çox böyük rol oynayır"


Rəqəmsal texnologiyaların inkişafı həyatımızda çox böyük rol oynayır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammet Kasim Gönüllü Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.

O, qeyd edib ki, rəqəmsal texnologiyaların inkişafına töhfə vermək üçün Türkiyədə texno parklar fəaliyyət göstərir: "Biz rəqəmsal infrastrukturun qurulmasına töhfə verməyə çalışırıq. Bu istiqamətdə işlər gücləndirilməlidir. Həmçinin savadsızlığın artırılması istiqamətində iş prinsiplərini həyata keçiririk. Burada bütün sektorlarda olduğu kimi, kiçik və orta sahibkarları da prosesə cəlb etmək lazımdır. Biz yaşıl rəqəmsal gündəlikdən böyük töhfələr əldə etməyi gözləyirik. Bu, COP30-dakı hədəflərə çatmaq üçün önəmlidir".

Oxşar xəbərlər

BTİ: Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur
Nazir: "Enerji istehlakını azaltmaq üçün data mərkəzləri optimallaşdırılmalıdır"
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masada müzakirə olunan məsələlər açıqlanıb
Muxtar Babayev: İKT sektoru qlobal emissiyaları minimuma endirmək üçün hərəkətə keçməlidir
Nazir: İKT sektorundan emissiyalar qlobal ümumi həcmin 8 faizinə çata bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər