Azərbaycan Aİ ilə iqtisadi və investisiya sahələri üzrə əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Aİ ilə iqtisadi və investisiya sahələri üzrə əməkdaşlığı müzakirə edib


COP29 çərçivəsində Azərbaycan Avropa İttifaqı ilə iqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

“Sizinxeber.az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopmanla görüşündə aparılıb.

Görüşdə Aİ-Azərbaycan əməkdaşlığının inkişafı və regional tərəfdaşlıq haqqında müzakirələr aparılıb. Azərbaycanın qlobal çağırışlara töhfələri, yaşıl gündəliyin təşviqi ilə bağlı atılan addımlar nəzərdən keçirilib.

Dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar, regional layihələrin əhəmiyyəti və qlobal tərəfdaşlığın prioritetləri müzakirə edilib.

Oxşar xəbərlər

Azərbaycan BƏƏ ilə "yaşıl enerji” üzrə investisiya layihələrini müzakirə edib
Azərbaycanla AİİB potensial əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib
Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirib - YENİLƏNİB
Azərbaycan-EBRD tərəfdaşlığını gücləndirəcək platformaların perspektivləri müzakirə edilib
Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər