Jay Koh: "İqlimə dayanıqlılıqla bağlı KOB-ların 600 milyon ABŞ dollarından çox vəsaitə ehtiyacı var"
sizinxeber.az xəbər saytı

Jay Koh: "İqlimə dayanıqlılıqla bağlı KOB-ların 600 milyon ABŞ dollarından çox vəsaitə ehtiyacı var"


Kiçik və orta sahibkarlığın (KOB) uyğunlaşma və iqlimə dayanıqlılıqla bağlı 600 milyon ABŞ dollarından çox kreditə ehtiyacı var.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Lightsmith Group" şirkətinin təsisçisi Jay Koh COP29 çərçivəsində keçirilən "Dayanıqlılıq Fəaliyyəti: 2030-cu ilə qədər İnklüziv İqlimə Uyğunlaşma və Dayanıqlılığa İnvestisiya" adlı tədbirdə deyib.

O bildirib ki, bu müəssisələrin kapitala çıxışı məhduddur, bununla kredit resurslarına ciddi ehtiyacları var: "Bu vəziyyəti nəzərə alaraq tərəfdaşlarımızla kredit strategiyası hazırlamağa qərar vermişik. Xüsusi kapitala və ya investisiyaya yönəlmiş ayrıca strategiyanın yaradılması, ayrıca texniki dəstək və kredit mexanizmi erkən yumşaldılma və karbon emissiyasının azaldılması səyləri zamanı baş verən səhvləri təkrarlamaq riski daşıyır. Ona görə də, kapitalı resurslar baxımından səfərbər etməyi və sistemli şəkildə bölüşdürməyi hədəfləyən vahid və transformasiyalı bir yanaşma ilə hərəkət edirik".

Oxşar xəbərlər

Azərbaycanda 8 ayda 138 milyon manatdan çox güzəştli kredit verilib
Françesko Korvaro: İtaliya inkişaf etməkdə olan ölkələri iqlimə uyğunlaşma məsələlərində dəstəkləməyə sadiqdir
Azərbaycanda 10 ayda 188 milyon manatdan çox güzəştli kredit verilib
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
Azərbaycanda 9 ayda 168 milyon manata yaxın güzəştli kredit verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle