Nüfuzlu Britaniya universiteti COP29-da iqlim sahəsi üzrə araşdırmalarını təqdim edəcək
Böyük Britaniyanın Redinq Universiteti noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim üzrə araşdırmalarını təqdim edəcək.
"Report" ali məktəbə istinadən xəbər verir ki, Redinq Universitetinin nəzdində fəaliyyət göstərən Walker İnstitutunun komandası bu tədbiri “Whiteknights” kampusundan onlayn iştirakçıların qoşulması ilə eyni vaxtda Bakıda təşkil edəcək.
“Qlobal birlik iqlim dəyişikliyinə uyğunlaşmaq və onu təsirlərini azaltmaq üçün təcili tədbirlər görməlidir. Bizim vəzifəmiz bu qərarların etibarlı elmi məlumatlara əsaslanmasını, xüsusilə həssas ölkələrin dəstəklənməsini təmin etməkdir", - institutun direktoru, professor Rozalind Kornfort bildirib.
Walker İnstitutu təxminən on ildir ki, COP-un rəsmi müşahidəçisi akkreditasiyasına malikdir. Bu il institut Bakıda iki rəsmi tədbir təşkil edəcək. Buraya transsərhəd iqlim riskləri, eləcə də iqlim dəyişikliyindən zərər çəkmiş regionlara yardım və bərpa işlərinə yönəlmiş COP28 Bəyannaməsinin həyata keçirilməsi üzrə tədbir daxildir. Tədbirlər noyabrın 14-də saat 18:30-dan 20:00-dək Mavi zonada, noyabrın 16-da saat 13:00-dan 15:00-dək BMT Pavilyonunda keçiriləcək.
Bundan əlavə, Redinq Universitetinin gənc alimləri qlobal iqlim siyasətini məsafədən müzakirə etməyə imkan verən "COPCAS" İqlim Fəaliyyəti Studiyasının işində iştirak edəcəklər.
Oxşar xəbərlər
Saymon Stil: İqlim maliyyəsi məsələsi Bakıda keçiriləcək COP29-da həll oluna bilər
Sinqapur və BƏƏ Tədqiqat İnstitutu COP29 üzrə onlayn vebinar keçirəcək
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur
Avropa komissarı Vopke Hukstra Bakıda keçiriləcək PreCOP iclasında iştirak edəcək
Meksika COP29-da iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Marneulidə aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub
-
Aİ XİN rəhbərləri Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasını müzakirə edəcək
-
Şövkət Ələkbərovanın ifa etdiyi daha 4 mahnının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
-
Mersisayd derbisi ertələnə bilər
-
İran XİN başçısı Qətərdə səfərdədir
-
Tbilisidə parlament qarşısında növbəti aksiya başlayıb