COP29-la bağlı Bakı Stadionunda 56 yeni kafe-restoran qurulub, 6 mindən çox iştirakçıya xidmət göstəriləcək
“COP29-un keçiriləcəyi məkan müəyyənləşdikdən sonra Bakı Stadionunda üç yeni mətbəxin qurulmasına start verdik”.
APA xəbər verir ki, bunu COP29 üzrə Keyterinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ümumən, dörd mətbəx fəaliyyət göstərir: “Bunların üçü Mavi zonada, bir böyük mətbəx isə Yaşıl Zonada yerləşir. Hazırda olduğumuz mətbəx 3000 kvadratmetrdən böyük ərazini əhatə edir. 1500 kvadratında malların qəbulu, düzgün saxlanılması, ilkin emalı, bişirilməsi, qablaşdırılması və konfrans iştirakçılarına çatdırılması üçün nəzərdə tutulub. Qalan ərazidə isə stadion ərazisində fəaliyyət göstərən əməkdaşların qidalanmasını təşkil edirik”.
Anar Zeynalov qeyd edib ki, stadionun ərazisində 56 yeni kafe-restoran qurulub: “Onların 30-dan çoxu qida satış nöqtələridir. İki böyük restoranın birində milli mətbəx, digərində isə dünya mətbəxindən təamlar olacaq. Bu qida satış nöqtələri stadion ərazisinin müxtəlif hissələrində yerləşir. Bu qida satış nöqtələrinin 1 saat ərzində 6000-dən çox konfrans iştirakçısına xidmət edə biləcək. Tədbirin formatı üç qidalanma prosesindən ibarət olacaq. Noyabr ayında keçiriləcək tədbirin sifarişlərini artıq indidən qəbul edirik və hazırlıq prosesi gedir”.
O vurğulayıb ki, COP29-la bağlı Bakı Stadionundakı qida satış nöqtələrində çalışan əməkdaşların sayı 1200-dən yuxarıdır və əməkdaşların hamısı tibbi müayinələrdən keçiblər.
Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə COP29 tədbirində qida tullantıları yenidən emal olunacaq
COP29 zamanı qida satış nöqtələrində, restoran-kafelərdə qidalanma ödənişli olacaq
COP29 tədbiri zamanı, əsasən, yerli məhsullara üstünlük veriləcək
Sektor müdiri: COP29 Çağrı Mərkəzi yaradılacaq
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









