Nyu Dehlidə Yaşıl dünya naminə həmrəylik ili və COP29-a həsr olunmuş veloyürüş keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Nyu Dehlidə Yaşıl dünya naminə həmrəylik ili və COP29-a həsr olunmuş veloyürüş keçirilib - FOTO


Oktyabrın 27-də Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi Hindistan Velosipedçilər Konfederasiyası ilə birgə paytaxt Nyu Dehli şəhərində 2024 – Yaşıl dünya naminə həmrəylik ili və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) həsr olunmuş velosiped yürüşü təşkil edib.

Bu barədə Sizinxeber.az-ya Azərbaycan Respublikasının Hindistandakı Səfirliyindən məlumat verilib.


Bildirilib ki, şəhər saatlarında Səfirliyin önündən başlayan veloyürüş paytaxt Nyu Dehlinin mərkəzindəki tarixi “India Gate” abidəsinin önünə qədər davam edib. Müxtəlif yaş kateqoriyalarından olan 100-dən artıq həvəskar velosipedçinin qatıldığı yürüşün məqsədi sağlam və dayanıqlı həyat tərzinin təşviqi, iqlim dəyişikliyinin mənfi təsirləri barədə məlumatlılığın artırılması, Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə diqqətin cəlb edilməsi və geniş ictimai dəstəyin əldə edilməsi idi. Veloyürüşün sonunda iştirakçılar qarşısında çıxış edən səfir Elçin Hüseynli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə elan edilmiş 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aparılan fəaliyyətlər və COP29-da Sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər barədə məlumat verib. Hindistan Velosipedçilər Konfederasiyasının Azərbaycanın COP Atəşkəs çağırışına qoşulan ilk təşkilatlardan biri olduğu diqqətə çatdırıb.

Konfederasiya prezidenti Ratan Rajnan Hindistan cəmiyyətində iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılması, salam həyat tərzi və daha təmiz ətraf mühitin təşviqi məqsədilə veloyürüşü təşkil etdiyinə görə Səfirliyə təşəkkür edib. O, rəhbərlik etdiyi təşkilatın və onun üzvlərinin Azərbaycanın COP29 Sədrliyinin fəaliyyətini dəstəklədiyini bildirib.
Tədbir zamanı Səfirliyin həyətində və “India Gate” abidəsinin yanında Yaşıl dünya naminə həmrəylik ili və COP29-a həsr olunmuş fotostendlər yerləşdirilib, iştirakçılara müvafiq loqoların əks olunduğu xüsusi hazırlanmış köynəklər təqdim edilib.

Oxşar xəbərlər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi ilə Anlaşma Memorandumu təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kapital Bank-ın 150 illik yubileyi münasibətilə veloyürüş: Yaşıl gələcəyə doğru birlikdə yola çıxdıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yusif Səfərov küçəsində velosiped zolaqları salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tahir Budaqov: COP29 Azərbaycan reallıqlarının dünyaya təqdimatı üçün növbəti mühüm platformaya çevriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər