Ceyhun Bayramov MDB XİN başçılarını COP29-a hazırlıq prosesi barədə məlumatlandırıb - FOTO
Oktyabrın 7-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
XİN-dən APA-ya verilən xəbərə görə, çıxışda, Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, süni intellekt, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verilib.
Nazirlər Şurasının uğurlu təşkilinə görə Rusiya Federasiyasına təşəkkür edilib, növbəti ildə Birliyə sədrliyi həyata keçirəcək Tacikistan Respublikasına uğurlar arzulanıb.
Təşkilata üzv dövlətlərlə qarşılıqlı səfər və təmasların artırılmasının ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığa töhfə verdiyi, o cümlədən Xarici İşlər Nazirləri Şurası formatının öz növbəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində faydalı olduğu qeyd edilib.
Humanitar və gənclər sahəsində əməkdaşlıq üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan planların üzv ölkələr və xalqlar arasında əməkdaşlıq və yaxınlaşmaya töhfə verəcəyinə dair inam ifadə olunub.
Ölkəmizin “Birliyin mədəniyyət paytaxtı” təşəbbüsünə xüsusi önəm verdiyi, bu istiqamətdə növbəti il üçün Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması haqqında dövlət başçıları tərəfindən qəbul edilməsi nəzərdə tutulan qərarın bu ildə mədəniyyət sahəsində birgə genişmiqyaslı layihə və tədbirlərin təşkilinə imkan verəcəyi qeyd olunub.
MDB çərçivəsində radikalizmə qarşı əməkdaşlıq məsələlərinin effektiv tənzimlənməsi sahəsində beynəlxalq hüquqi bazanın təkmilləşdirilməsi, maarifləndirici tədbirlərin və kadr potensialının gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Mülki təyinatlı süni intellekt sahəsində əməkdaşlığın, habelə bu sahənin beynəlxalq hüquq normaları, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət, dövlət nəzarəti və etik prinsiplər əsasında inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Sözügedən sahə üzrə təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərin vacibliyi qeyd olunub, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, o cümlədən cari ilin sentyabr ayında keçirilən Kiberdiplomatiya üzrə ilk beynəlxalq konfransdan bəhs olunub.
Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, tərəfimizdən aparılan danışıqlar prosesi və görülən hazırlıq işlərinin qlobal iqlim fəaliyyətinə mühüm töhfə olması məqsədilə genişmiqyaslı sədrlik fəaliyyəti apardığımızı diqqətə çatdırıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində tədbirdə çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












