Səfir: Mərakeş Azərbaycanın COP29-u uğurla keçirməsini səbirsizliklə gözləyir
Mərakeş bu ilin noyabrında Bakıda baş tutacaq COP-29 iqlim konfransının uğurla keçirilməsini səbirsizliklə gözləyir.
“Report” xəbər verir ki, bunu Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş ölkəsinin milli bayramı - Mərakeş Kralı VI Məhəmmədin taxta çıxmasının ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Diplomat vurğulayıb ki, ölkəsi iki dəfə (2001-ci ildə COP7 və 2016-cı ildə COP22) bu iqlim konfransına ev sahibliyi edib və bu, Mərakeş hökumətinin ətraf mühitin qorunması istiqamətində üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu nümayiş etdirir.
“Ölkəmiz 2030-cu ilə qədər enerji tələbatının 52%-ni bərpa olunan mənbələrdən ödəməyi hədəfləyən iddialı enerji keçid planı hazırlayıb. Mərakeş 2030-cu ilə qədər istixana qazı emissiyalarını 45,5% azaltmağı hədəfləyən ölkələr sırasındadır. Buna görə də Mərakeş Bakıda baş tutacaq COP29-un uğurlu keçirilməsini səbirsizliklə gözləyir. Burada iştirak edən hər kəs adından Azərbaycana uğurlar arzulayırıq”, - səfir qeyd edib.
Oxşar xəbərlər
Səfir: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir
Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib
Mərakeş kralı jurnalist, bloger və ictimai fəallar da daxil 2476 nəfəri əfv edib
Prezident İlham Əliyev: "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetimizdir"
Fransa Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













