Qvineya-Bisau rəsmisi: "Azərbaycanla əsas iqtisadi sektorlarda əməkdaşlığa başlayırıq" - EKSKLÜZİV » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
09:30

Qvineya-Bisau rəsmisi: "Azərbaycanla əsas iqtisadi sektorlarda əməkdaşlığa başlayırıq" - EKSKLÜZİV

03 in, 2025
09:30
468

Qvineya-Bisau rəsmisi: "Azərbaycanla əsas iqtisadi sektorlarda əməkdaşlığa başlayırıq" - EKSKLÜZİV

Bu gün Azərbaycan və Qvineya-Bisau kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayacaqlar.

Bu barədə “Sizinxeber.az”a açıqlamasında Qvineya-Bisaunun ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi ilə mübarizə üzrə naziri Viriatu Luiş Suareş Kassama 30-cu Yubiley Bakı Enerji Forumunun kuluarında məlumat verib.

Nazir deyib ki, ölkəsinin hökuməti Azərbaycan hökuməti ilə əməkdaşlıq qurmağa başlayır: "Dekabrda Qvineya-Bisaunun xarici işlər naziri və iqtisadiyyatın strateji sektorlarına cavabdeh olan əsas nazirliklərin rəhbərləri ilə birlikdə Bakıya səfər etmişdim. Biz neft-qaz hasilatı, kənd təsərrüfatı, iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq istiqamətlərini işləməyə başladıq. Bütün bu proseslər aktiv mərhələdədir".

Onun sözlərinə görə, Azərbaycana səfər çərçivəsində bu gün ölkənin Kənd Təsərrüfatı Nazirliyi ilə anlaşma memorandumunun imzalanması planlaşdırılır.

V.Kassama, həmçinin qeyd edib ki, Azərbaycan və Qvineya-Bisau arasında “upstream” sahəsində qarşılıqlı fəaliyyət məsələləri ilə məşğul olacaq birgə işçi qrupu formalaşdırılıb: "Ümid edirik ki, cari ilin sonunadək artıq üzrərində fəal şəkildə iş aparılan sazişlərin icrasına başlamaq mümkün olacaq”.

Bizimlə əlaqə saxlayın