Azərbaycan Xəzəryanı ölkələrlə aqrar tədqiqatlar üzrə əməkdaşlığı artırır
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə “CARCAS” Xəzəryanı ölkələrin Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalanıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, sənədə Bakıda keçirilmiş 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan”) sərgiləri çərçivəsində təşkil olunmuş Aqronomların I Forumunda imza atılıb.
Tərəflər meyvəçilik sahəsində tədris və təlim mərkəzləri yaradılması, elmi tədqiqatlar, innovasiyaların tətbiqi, birgə əkin nümayiş sahələrn salınması, aqroinnovasiya platformaları yaradılması istiqamətində əməkdaşlıq edəcəklər. Memoranduma əsasən, aqrar sahədə ixtisaslı kadrlar hazırlanması, birgə tədris modulları və sertifikat proqramlarının yaradılması, gənc mütəxəssislərin təcrübi biliklərinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu təşkil olunacaq
Azərbaycan aqrar sığorta təcrübəsini Gürcüstanla bölüşəcək
Gələn ildən aqrar sərgilər özəl təsərrüfatların ərazilərində də təşkil ediləcək
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Azərbaycan Pakistanla aqrar sahədə əməkdaşlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
