

AQTA: Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb
Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri ilə bağlı mətbuat konfransında deyib.
O qeyd edib ki, bəzi qida məhsullarının istehsalı və ixracında da rekord nəticələr əldə olunub.
M. Piriyev bildirib ki, Azərbaycandan Avropa İttifaqına akvakulturada yetişdirilən kürünün, müxtəlif dəniz məhsullarının, yun və dərinin ixracına icazələr əldə edilib: "Qazaxıstana atların ixracı bərpa olunub, Rusiyaya ərzaqlıq yumurtanın ixracına icazə alınıb. Həmçinin Avropa İttifaqında fındığın sadələşdirilmiş ixracına və Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına nail olunub”.
O qeyd edib ki, bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşması və istehsal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə mümkün olub.
M.Piriyev vurğulayıb ki, sərgidə AQTA-nın maraqlı və innovativ guşəsi də iştirakçılara təqdim olunacaq: "Sərgi iştirakçıları qida təhlükəsizliyi ilə bağlı onları maraqlandıran bütün məsələlərlə bağlı yaxınlaşıb ətraflı məlumatları əldə edə bilər".
Oxşar xəbərlər
AQTA tərəfindən Azərbaycandan Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına icazə əldə olunub
Azərbaycandan Rusiyaya 18 ton yumurta göndərilib
NK-dan qida və yem məhsulları ilə bağlı qərar
AQTA-dan bu məhsulla bağlı xəbərdarlıq: Kimyəvi maddə...
Ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb: XİN reaksiya verir
-
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
-
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
-
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
-
ABŞ husilərin Sənadakı mövqelərinə 21 zərbə endirib
-
Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verildi
