Cəlilabadda payızlıq kartof yığımı yekunlaşıb, məhsuldarlıq yüksəkdir
Cəlilabad rayonunda əkin sahələrində payızlıq kartofun yığımı yekunlaşıb, bu mövsüm məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir.
Bu barədə "Sizinxeber.az"un Muğan bürosuna Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu mövsüm Cəlilabad rayonunda təkrar əkin kimi 767,9 hektar sahədə payızlıq kartof əkilib. Sahələrdən ümumilikdə 13 054,3 ton məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 17 ton olub. Ötən mövsüm isə bu rəqəm hər hektar üçün 16 ton təşkil edib.
Həmçinin qeyd olunub ki, yığılan məhsul əsasən paytaxt bazarlarına göndərilib.
Qeyd edək ki, 2024-cü il rayonda 2 900 hektar sahədə yazlıq kartof da əkilib və 81 740 ton məhsul əldə olunub.
Oxşar xəbərlər
Cəlilabadda payızlıq kartof yığımının məhsuldarlığı yüksək olub
Cəlilabadda payızlıq kartofun yığımı başlayıb
Cəlilabadda payızlıq kartof əkini başlayıb, bu il sahələr artırılıb
Cəlilabadda bu il 2 190 hektar sahədə təkrar əkin aparılıb
Cəlilabadda çiyələk yığımı davam edir, məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













