Aqrar Sığorta Fondu edəcəyi sığorta ödənişlərinin məbləğini açıqlayıb
2023-2024-cü əkin mövsümü üzrə Aqrar Sığorta Fondu tərəfindən 6,2 milyon manata yaxın sığorta ödənişinin edilməsi proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib.
Onun sözlərinə görə, əgər dəymiş ziyanla bağlı bütün sənədlər təqdim edilərsə, bu ilin sonuna qədər bu ödənişlərin böyük bir hissəsi həyata keçiriləcək: “Bu il sentyabrın 30-na Aqrar Sığorta Fonduna 1 698 müraciət daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,4 % çoxdur. Bu, Fond tərəfindən ödəniləcək məbləğin artacağını göstərir".
O qeyd edib ki, bu il 50-dən çox rayonumuzdan təbii hadisələrlə bağlı müraciətlər daxil olub: "Halbuki, ötən il 30-a yaxın rayondan müraciət daxil olub. Müraciətlər ən çox Qarabağ və Şirvan-Salyan İqtisadi rayonlarından daxil olub. Müraciətlər dolu, sel-subasma, leysan kimi risklərdən daha çox daxil olub”.
O bildirib ki, ötən il fermerlər daha çox quraqlıqdan əziyyət çəkirdisə, bu il dolu, sel-subasma, leysandan əziyyət çəkiblər.
Oxşar xəbərlər
Aqrar Sığorta Fondunun ödənişləri 10 milyon manatı ötüb
Azərbaycanın sığorta bazarı 9 % böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
