Aqrar Sığorta Fondu: Bu il Azərbaycanda fermerlərə dəymiş zərər 50-70 % arta bilər
Azərbaycanda bu ilin yanvar- aprel aylarında aqrar sığorta sistemi çərçivəsində fermerlərə dəymiş zərərə görə 3,7 milyon manatlıq ödəniş həyata keçirilib
"Report" xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
"Düşünürük ki, ilin sonuna qədər bu rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 50-70 % çox olacaq. Son iki ildə bu göstərici 10 milyon manatı keçib", - F. Sadıqov qeyd edib.
O əlavə edib ki, Azərbaycanda tətbiq olunan qeyri-kommersiya əsaslı aqrar sığorta modeli Türkiyənin uğurlu təcrübəsi əsasında formalaşdırılıb.
F. Sadıqov vurğulayıb ki, Fond tərəfindən təsis edilmiş müstəqil ekspert klasterinə hazırda Dövlət İmtahan Mərkəzindən keçmiş və Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış 95 mütəxəssis daxildir.
Oxşar xəbərlər
Fuad Sadıqov: "Azərbaycanda əkin sahələrinin 94 %-i aqrar sığorta xidmətlərinə əlçatandır"
Sədr: "Aqrar Sığorta Fondu əkin sahələrinin 98 %-ni əhatə etmək gücündədir"
Aqrar Sığorta Fondunun ödənişləri 10 milyon manatı ötüb
Fuad Sadıqov: "Aqrar Sığorta Fondunun ötənilki ödənişləri bütün ölkəni əhatə edib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
