Tahir Rzayev: "Dövlətin bazara müdaxiləsi ciddi problemlər yarada bilər"
sizinxeber.az xəbər saytı

Tahir Rzayev: "Dövlətin bazara müdaxiləsi ciddi problemlər yarada bilər"


Bu gün dövlətin bazara müdaxiləsi yolverilməzdir, çünki ciddi problemlər yarada bilər.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Onun sözlərinə görə, bu gün sahibkarlığa, fermerlərə gəlir mənbəyi kimi baxmaq olmaz: "Bu, yeni iş yerlərinin yaradılması, cəmiyyətin rifah halının yaxşılaşdırılması, məhsul bolluğunun yaradılması, ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan cəmiyyəti bu gün sahibkarın əməyini çox yüksək qiymətləndirir və sahibkarlığın inkişafı üçün ölkədə çox geniş imkanlar yaradılıb".

Komitə sədri qeyd edib ki, amma bu gün sahibkar öz işini qurmağı bacarmalıdır: "O, öz biliyini artırmalıdır. Çünki müəyyən problemlər var və onların aradan qaldırılmaması bilavasitə müasir tələblərə cavab verməməkdən irəli gəlir. Çünki artıq indi texnologiya, süni intellekt əsridir və yanaşmalar da yenilənməlidir. Çünki bu yenilənmələr olmasa, biz gələcək uğurlara heç vaxt imza ata bilməyəcəyik. Bu gün əgər ölkədə qida təhlükəsizliyinin təmin olunması əsas vəzifə kimi qarşıya qoyulursa, burada hər bir şəxsin öz rolu olmalıdır. Dövlət, özəl sektor birgə bu fəaliyyətlə məşğul olmalıdır".

Deputat vurğulayıb ki, Azərbaycanda sahibkarlar bəzən məhsullarını sata bilmədikləri ilə bağlı şikayət edirlər: "Bu gün dövlətin bazara müdaxiləsi yolverilməzdir. Bu, gələcəkdə ciddi problemlər yarada bilər. Çünki biz azad sahibkarlığa doğru gedirik. Bu gün sahibkarın özü bazarı tənzimləməlidir. O, becərdiyi, tədarük etdiyi məhsulun dəyərini qiymətləndirməlidir. Proqnozları, araşdırmaları, əlaqələri olmalıdır və gələcəkdə ondan götürülən mənfəətin, qiymətin əvvəldən müəyyən eləməlidir".

Oxşar xəbərlər

Saməddin Əsədov: "Dövlətin aqrobiznes ekosisteminə fokuslanması önəmlidir"
Tahir Rzayev: "Son 30 ildə aqrar sektora dair 350-dən çox qanun qəbul edilib"
ADB Azərbaycanı iqlim fəaliyyətində regional lider kimi nəzərdən keçirir
Tahir Rzayev: Yekaterinburq hadisələri Azərbaycan Rusiya münasibətlərinə ciddi zərbə vurur
Saməddin Əsədov: "Yaxın 10 ildə qlobal aqrar texnologiya bazarının dəyəri 75 milyard dollara çatacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər