Azərbaycanda akvakultura torpaqlarının kateqoriyasına dair normalar dəqiqləşdirilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda akvakultura torpaqlarının kateqoriyasına dair normalar dəqiqləşdirilib


Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.

"Report" xəbər verir ki, sənədlə Azərbaycanda akvakultura təsərrüfatlarına məxsus torpaqların kateqoriyası ilə bağlı normalar dəqiqləşdirilib.

Xatırladaq ki, ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" təsdiq edilib və həmin Qaydaların 1.9-cu bəndində akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunmaması müəyyən edilib.

Akvakultura anlayışı balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədi ilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyəti ehtiva edir.

Oxşar xəbərlər

Azərbaycanda akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək
Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiq edilib - FƏRMAN
Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
Azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi qaydası müəyyənləşib
Azərbaycanda balıqçılıqla bağlı Tədbirlər Planı hazırlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər