FAO: Azərbaycanda meyvə və çayçılıq üzrə tədqiqatlar davamlı bağçılıq üçün nümunələr yaradır
Azərbaycanda meyvə sortları və çayçılıq sahəsində aparılan qabaqcıl tədqiqatlar təkcə kənd təsərrüfatının dayanıqlılığını və məhsuldarlığını artırmır, həm də iqlimə uyğunlaşdırılmış, davamlı bağçılıq üçün mühüm nümunələr yaradır.
“Report” xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib.
O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Quba Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər edib: “İnstitutda nümayiş etdirilən innovasiya səviyyəsi və işə olan sadiqlik məni dərin təsirləndirib. Bu vacib işə rəhbərlik edən fədakar alim və tədqiqatçılarla tanış olmaq olduqca ilhamverici idi”.
Oxşar xəbərlər
FAO rəsmisi: “Azərbaycan su ehtiyatlarının idarə edilməsində mühüm addımlar atıb”
Azərbaycan Xəzəryanı ölkələrlə aqrar tədqiqatlar üzrə əməkdaşlığı artırır
Muhammad Nasar: "İqlim dəyişikliyi və torpaq sağlamlığı FAO-nun Azərbaycandakı prioritetlərindədir"
FAO və Azərbaycan COP29 üçün aqro-ərzaq sistemləri proqramını təkmilləşdirir
FAO: Azərbaycana kənd təsərrüfatının davamlı inkişafı üçün platforma lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













