Nazir Məcnun Məmmədov İtaliyada şərabçılıq müəssisəsinin fəaliyyəti ilə tanış olub
İtaliyada işgüzar səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Lazio regionunda yerləşən Məşhur “Castel DePaolis” şərab istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən “Sizinxeber.az”a bildirilib ki, nümayəndə heyəti şərabçılıq müəssisəsinin üzüm sahələrinə baş çəkib, müasir istehsal texnologiyaları və keyfiyyətə nəzarət mexanizmləri ilə maraqlanıb.
Heyət üzvlərinə müəssisələrin fəaliyyət istiqamətləri, xammal təchizatı, istehsal gücü və məhsul ixracı barədə ətraflı məlumat verilib, yüksək keyfiyyət standartlarına uyğun məhsulların istehsal edildiyi barədə məlumat verilib.
Görüş zamanı şərab istehsalında mövcud vəziyyət, bu sahənin inkişaf etdirilməsi, istehsalat prosesində tətbiq edilən yeniliklər, iki ölkənin biznes subyektləri arasında aqrar sahədə təcrübə mübadiləsi, ekoloji dayanıqlı istehsal və ixrac potensialının artırılması məsələləri müzakirə olunub. Tərəflər kiçik və orta həcmli şərab istehsalçılarının dəstəklənməsi və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparııblar.
Oxşar xəbərlər
Qlobal şərab istehsalı 1961-ci ildən bəri ən aşağı səviyyəyə düşüb
Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib
Azərbaycan Pakistanla aqrar sahədə əməkdaşlığı müzakirə edib
Polşa nümayəndə heyəti Hərbi İnstitutda olub
Biləsuvarda ümumi məhsul istehsalı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
