Azərbaycanda aqrar sektor 1.5 % böyüyüb
sizinxeber.az xəbər saytı

Azərbaycanda aqrar sektor 1.5 % böyüyüb


2024-cü ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12995,2 milyon manat təşkil edib ki, onun da 6832,9 milyon manatı heyvandarlıq, 6162,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

"Sizinxeber.az-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə kənd təsərrüfatının istehsalı 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,7 faiz, bitkiçilik məhsulları üzrə isə 1,1 faiz artıb.

Qeyd edək ki, 2024-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 659 min ton ət, 2298,5 min ton süd, 2300,8 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. 2023-cü illə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,1 faiz artmış, yun istehsalı 2,2 faiz, barama istehsalı 32,9 faiz azalıb.

Oxşar xəbərlər

Aqrar sektor 1%-ə yaxın böyüyüb
Ölkədə aqrar sektor 1%-ə yaxın böyüyüb
Azərbaycanda kənd təsərrüfatı istehsalı 1% artıb
Azərbaycanda aqrar sektor 1 % böyüyüb
Azərbaycanda aqrar sektor 1 %-ə yaxın böyüyüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle