"Azərreyl"in baş məşqçisi: "Çempion olmaq üçün bütün gücümüzlə çalışacağıq"
"Çempion olmaq üçün bütün gücümüzlə çalışacağıq".
Bunu "Sizinxeber.az"a açıqlamasında hazırda qadın voleybolçular arasında Azərbaycan çempionatının lideri olan "Azərreyl" komandasının baş məşqçisi Cengiz Akarçeşme deyib.
Mütəxəssis liqanın uzun marafon olduğunu bildirib: "2023-cü ili təhlükəsiz başa vurduq. Sevindiyimiz məqamlardan biri ciddi zədələrin olmamasıdır. Hazırda birinci sıradayıq, amma hələlik mövsümün əvvəlidir. Səhv etmədən çalışmalıyıq. Rəqiblərimiz də güclüdür. Mövsümün əvvəlində çatışmazlıqlarımız var idi. İlk qarşılaşmada da məğlub olmuşduq. Ondan sonra bir az üzərimizdə çalışmaq üçün imkan əldə etdik. Yeni ildən sonra daha yaxşı olacağıq".
Türkiyəli baş məşqçi ölkə voleybolu haqqında da danışıb: "Azərbaycan voleybolu inkişafdadır, ciddi investisiyalar var. UNEC klubunda çox gənc oyunçular mübarizə aparır. O da ölkə üçün qazancdır. Çünki azərbaycanlılar orada çıxış edirlər. Bizim üçün isə sevindirici məqam odur ki, toppaylayıcımız Raziyə Əliyeva da yerli idmançıdır. O da özünü inkişaf etdirir".
Qeyd edək ki, "Azərreyl" 7 turdan sonra 18 xalla birinci pillədə qərarlaşıb. İkinci sıradakı "Abşeron" da eyni xala malikdir. "Azərreyl" rəqibini setlərin nisbətində üstələyir.
Oxşar xəbərlər
Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ”ın baş məşqçisi: “Dinamika bir az aşağı idi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Adrian Mutu: “Məğlub olmağımız utancvericidir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın baş məşqçisi: "Bu günü yox, sabahı da düşünürük" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: “Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












