Ayfon 15-in qiyməti açıqlandı
Əpl yeni cihazların illik təqdimat mərasimində Ayfon-15-in qiymətini açıqlayıb.
Ens.az Publika.az-a istinadən xəbər verir ki, bütün yeni cihazların satışı sentyabrın 22-də başlayacaq.
Ayfon-15 alüminium korpusa, beş bədən rənginə, "Dynamic Island" kəsikli yeni displey və 48 meqapiksellik əsas kameraya malikdir.
Smartfona USB "Type-C" vasitəsilə qoşulmaq mümkün olacaq. O, iki ölçüdə təqdim olunur: 6,1 düym və 6,7 düymlük ekranla.
128 GB yaddaşa malik Ayfon-15-in qiyməti 799 dollar olacaq. Böyük ekranlı Ayfon-15 Plusun qiyməti isə 899 dollardan başlayır.
Əpl həmçinin Ayfon-15 Pro və 15 Pro Maksı təqdim edib. Smartfonlar titan korpus və yenilənmiş kamera sistemi ilə təmin edilib.
Ayfon-15 Pro 999 dollardan, Pro Maks versiyası isə 1199 dollardan satılacaq.
Oxşar xəbərlər
Xiaomi Redmi 13R 5G təqdim edildi: Büdcəyə uyğun telefonun xüsusiyyətləri! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan neftinin qiyməti 98 dollardan aşağı düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
iPhone 15 Pro kamerası ilə çəkilmiş ilk klip yayımlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mobil cihazların qeydiyyat rüsumlarının azaldılmasına başlanıldı - QİYMƏTLƏR [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Neftçi" - "Zenit" oyunu barədə yeni məlumat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













