Fariz Rzayev: Bakı və Varşava arasında siyasi dialoq davamlı dinamika nümayiş etdirir
Azərbaycan və Polşa arasında siyasi dialoq davamlı dinamika nümayiş etdirir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Polşa Konstitusiyasının qəbul edilməsinin 235-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, iki ölkə arasında təmaslar müntəzəm xarakter daşıyır və əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edir.
"Polşa-Azərbaycan parlament dostluq qrupunun nümayəndə heyəti ölkəmizə səfər edib. Hökumətlərarası komissiyanın növbəti iclası və konsulluq məsləhətləşmələri keçirilib. Bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı olub. Bütün bunlar əməkdaşlığımızın ardıcıl və məqsədyönlü inkişafını təsdiqləyir", - nazir müavini qeyd edib.
F.Rzayev vurğulayıb ki, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində təhsil, mədəniyyət və elm sahələrindəki mübadilələr mühüm rol oynayır.
O, birgə səylər sayəsində Azərbaycan və Polşa arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin hər iki dövlətin və xalqın rifahı naminə bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduğunu söyləyib.
Oxşar xəbərlər
Fariz Rzayev: Azərbaycan və Latviya bütün səviyyələrdə fəal dialoq aparır
Fariz Rzayev: Azərbaycan və Polşa bundan sonra da birgə səylərlə əlaqələri möhkəmləndirəcək və inkişaf etdirəcək
Fariz Rzayev: Bakı və Aşqabad qarşılıqlı faydalı əməkdaşlıq qurur
Radomski: Polşa Azərbaycanla siyasi və iqtisadi əlaqələri möhkəmləndirməyi hədəfləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
