Meloni: Prezident Əliyevlə İranla bağlı böhran ətrafında fikir mübadiləsi apardıq
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni İranla bağlı böhran, bölgədə baş verən hadisələr və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Sizinxeber.az" xəbər verir ki, bunu İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.
"Təbii ki, Prezident Əliyevlə İranla bağlı böhrandan tutmuş bölgəmizdə baş verən və hamımıza aid olan hadisələrə qədər əsas beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq", - C. Meloni bildirib və əlavə edib ki, İranla ümumi sərhədi olan, ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı olub:
"Bir daha arzu edirik ki, bu böhran mümkün qədər ən qısa müddətdə aradan qalxsın. Bu məqsədə xidmət edən hər hansı təşəbbüsə dəstək verməyə, bölgədə sabitliyin qurulmasına öz sadiqliyimizi bir daha vurğuladım. Mən, həmçinin Azərbaycana, Prezidentə və Azərbaycanın bütün hakimiyyət orqanlarına İtaliyada təhlükə ilə üzləşən, ölkəni tərk etməyə məcbur olan çoxsaylı italyan vətəndaşların təxliyə olunmasında İtaliya üçün lazımi əməliyyatları həyata keçirdiyinə təşəkkürümü bildirmək istəyirəm. Sizin tərəf bu işdə tam tədbirləri gördü və daha dəqiq desək, Sizə təşəkkür edirəm ki, Tehrandakı səfirliyimizin müvəqqəti olaraq Bakıya köçürülməsinə, təhlükəsizlik şəraitində səmərəli şəkildə işləməsinə dəstək verdiniz. Bu, dostluğumuzu nümayiş etdirən digər elementdir".
Oxşar xəbərlər
İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış edirlər
Prezident İlham Əliyev və İtaliya Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir
Prezident İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
