Azərbaycan son bir neçə ildə İtaliyaya təxminən 3 milyard dollar sərmayə qoyub
sizinxeber.az xəbər saytı

Azərbaycan son bir neçə ildə İtaliyaya təxminən 3 milyard dollar sərmayə qoyub


Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub.

"Sizinxeber.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.

"İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub", - Prezident bildirib və əlavə edib ki, görüşdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub.

Oxşar xəbərlər

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir
Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub
Prezident İlham Əliyev və İtaliya Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər