Hikmət Hacıyev: İşğal dövründə aparılan tikinti işləri beynəlxalq hüquqa görə qeyri-qanunidir
Beynəlxalq hüquqa görə işğal dövründə işğal olunan ərazilərdə aparılan tikinti işləri qeyri-qanunidir.
"Report"un Xankəndiyə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.
O qeyd edib ki, son dövrlərdə Ermənistanın bəzi dairələri Xankəndi və digər şəhərlərdə bərpa və quruculuq işləri ilə əlaqədar yanlış mövqe və provokativ addımlar atırlar:
"Qeyd etmək lazımdır ki, bu ərazilərdə bərpa və quruculuq işləri aparılır və bu çərçivədə işğal dövründə qanunsuz tikililərlə bağlı şəhərsalma planına uyğun olaraq müəyyən addımlar atılır. Beynəlxalq hüquqa görə işğal dövründə işğalçı tərəfin mülkiyyət hüquqlarının ziddinə olaraq işğal ərazilərində həyata keçirdiyi tikinti işləri qeyri-qanuni sayılır. Qanunsuz sayılan obyektlərin aradan qaldırılması ümumi şəhərsalma və urbanistika planlarına uyğunlaşdırılması zəruri şərtlərdən biridir".
Oxşar xəbərlər
Hikmət Hacıyev: Dünyanın heç bir yerində Azərbaycanın unikal bərpa-quruculuq təcrübəsi yoxdur
Nazir müavini: Ermənilər işğal dövründə 260 min hektar meşə sahəsini məhv edib
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
