Piter Kayben de Qola: "ASAN xidmət" və "DOST xidmət" mərkəzləri xarici qonaqları heyran edib
sizinxeber.az xəbər saytı

Piter Kayben de Qola: "ASAN xidmət" və "DOST xidmət" mərkəzləri xarici qonaqları heyran edib


"ASAN xidmət" və "DOST xidmət" mərkəzlərinin iş sistemi beynəlxalq qonaqlara güclü təəssürat bağışlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda Beynəlxalq Gənclər Forumunun iştirakçısı Piter Kayben de Qola jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, nümayəndə heyəti, ilk növbədə, bu mərkəzlərdə mövcud atmosferə və təqdim olunan imkanların miqyasına diqqət yetirib.

"Gördüklərimizdən məmnunuq. Bu sistem həqiqətən çox heyranedicidir - belə bir şeyə çox az ölkədə rast gəlmək olar. Azərbaycanda vətəndaşlara bu cür xidmət səviyyəsinin şahidi olmaq çox xoşdur", - o qeyd edib.

Oxşar xəbərlər

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb
Səyyar "ASAN xidmət" aprelin 28-dək bəzi rayonlarda xidmət göstərəcək
Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq
Seçki günü "ASAN xidmət" işləməyəcək
"Barselona" Juan Kanselunu heyətdə saxlamaq üçün danışıqlara başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər