Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
sizinxeber.az xəbər saytı

Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır


Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir.

"Sizinxeber.az" xəbər verir ki, bu fikri Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışında səsləndirib.

O qeyd edib ki, Avropa İttifaqının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, o cümlədən NATO-nun üzvü kimi Latviya Azərbaycan ilə həmin təşkilatlar, eləcə də ikitərəfli əməkdaşlıq çərçivəsində işləməyə və dəstək verməyə, iqtisadi əlaqələrin təşviqi üçün bütün bacarıqlarını bölüşməyə hazırdır.

"Biz, həmçinin bir faktı da yüksək dəyərləndiririk ki, Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkəsi üçün həm siyasi, həm iqtisadi sahədə və ən vacibi isə, energetika sahəsində strateji tərəfdaşdır", - Edqars Rinkeviçs vurğulayıb.

Oxşar xəbərlər

Edqars Rinkeviçs: Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir
Edqars Rinkeviçs: Latviya Azərbaycanla Aİ arasında vizasız rejimi tam dəstəkləyir
Rinkeviçs: Riqa və Bakı strateji tərəfdaşlığın inkişafını davam etdirəcək
Edqars Rinkeviçs: Azərbaycan həm Latviya, həm də Aİ üçün dəyərli strateji tərəfdaşdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər