Bakıda AQEM Qadınlar Şurasının ilk iclası keçirilib, tövsiyə sənədi qəbul edilib
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclası keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, iclasda üzv dövlətlərin nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, konfrans dialoq, təcrübə mübadiləsi və birgə qərarların hazırlanması üçün effektiv platforma olacaq:
"Əminik ki, şurada səsləndirilən yanaşmalar və təkliflər gələcək fəaliyyətimiz üçün etibarlı, konkret, real nəticələr əldə etməyə imkan verəcək. Bu iclas əməkdaşlığın inkişafında yeni bir səhifə açır. Ötən il təşkilat daxilində aparılmış birgə səylər və konstruktiv dialoq nəticəsində Qadınlar Şurasının müvafiq əsasnaməsi qəbul edilib. Nəticədə gender siyasəti sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açılıb".
AQEM-in Baş katibi Kayrat Sarıbay isə çıxışında Şuranın məqsədlərindən danışaraq bildirib ki, qadınların rolu hər sahədə gücləndirilməlidir. Baş katib Azərbaycanın bu istiqamətdə təşəbbüsünü yüksək qiymətləndirib və rəsmi Bakıya təşəkkür edib.
K.Sarıbay əlavə edib ki, Azərbaycanın sədrliyi və təşəbbüsü ilə daha uğurlu nəticələr əldə olunacaq.
Daha sonra üzv dövlətlərin nümayəndələri milli bəyanatlarını səsləndiriblər.
Yekunda Qadınlar Şurasının tövsiyə sənədi səsə qoyularaq qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycan AQEM çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib
Kayrat Sarıbay: AQEM Qadınlar Şurasının əsas məqsədi təcrübə mübadiləsi aparmaqdır
Kayrat Sarıbay: “Azərbaycan AQEM çərçivəsində Qadınlar Şurasının yaradılmasını istəyir”
Bakıda AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı keçirilir
Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
