Fərhad Məmmədov: Cənubi Qafqazda inteqrasiyanın gücləndirilməsi üçün tam zəmin mövcuddur
Bu gün Cənubi Qafqazda regional inteqrasiyanın gücləndirilməsi üçün obyektiv zəmin mövcuddur.
Bu barədə "Sizinxeber.az"un müxbirinin sualını cavablandırarkən "Sülh Körpüsü" təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bu gün Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"Hazırkı geosiyasi mənzərə Cənubi Qafqazda regional inteqrasiyanın baş tutması üçün əlavə impuls yaradır. İkitərəfli formatda vəziyyət yaxşı inkişaf edir. Əvvəllər Azərbaycan-Ermənistan formatı yox idi, lakin bu gün o da yaranıb", - o qeyd edib.
Onun sözlərinə görə, geosiyasi vəziyyət elə formalaşıb ki, Cənubi Qafqaz nəqliyyat-logistika baxımından cəlbedici olur:
"Əlbəttə, infrastrukturun hazırlığı amili var. Bu baxımdan region ölkələrinin mövqeləri fərqlidir. Buna görə də bütün bunlar əlavə razılaşdırma tələb edir. Reallıqda dövlətlərin maraqları və inteqrasiya prosesində yerinə yetirməli olduqları funksiyalar var. Düşünürəm ki, bu funksiyaların razılaşdırılması prosesi müəyyən vaxt tələb edir. Lakin regional inteqrasiya prosesinin baş tutması üçün obyektiv şərait hələ də mövcuddur".
Oxşar xəbərlər
Koçinyan: Qonşu regionlardakı münaqişələr Cənubi Qafqazda sülhün zəruriliyini artırır
Fərhad Məmmədov: "Sülh Körpüsü" Bakı və İrəvanın vətəndaş cəmiyyətlərinə birbaşa ünsiyyət qurmağa imkan verir
Paşinyan: Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb
Zaxarova: Rusiya “3+3” formatına Cənubi Qafqazda sülhün açarı kimi baxır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
