Koçinyan: Qonşu regionlardakı münaqişələr Cənubi Qafqazda sülhün zəruriliyini artırır
Xüsusilə qonşu regionlardakı münaqişələr nəzərə alınmaqla Cənubi Qafqaz sülhün möhkəmləndirilməsinə ehtiyac duyur.
"Sizinxeber.az"un Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Ermənistan tərəfindən "Sülh körpüsü" təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının sədri Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına dair Qəbələdə keçirilən mətbuat konfransında bildirib.
"Bu gün biz elə bir dünyada yaşayırıq ki, münaqişələr eyni vaxtda bir neçə regionda baş verir. Bu, Cənubi Qafqazın ətrafında bir növ "atəş halqası" formalaşdırır və regionumuzda dayanıqlı sülhə ehtiyacı gücləndirir", - o bildirib.
A.Koçinyan vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi qətiyyətli addımlar tələb edir:
"Biz anlayırıq ki, nə geosiyasi vəziyyət, nə də regionun özü bizə bu prosesi uzatmağa imkan vermir".
Oxşar xəbərlər
Areq Koçinyan: "Sülh Körpüsü" Bakı və İrəvanın yaxınlaşması üçün işini davam etdirəcək
Areq Koçinyan: Ermənistan, Azərbaycan və Gürcüstan ekspertləri üçtərəfli formatda görüşməlidirlər
Fərhad Məmmədov: Cənubi Qafqazda inteqrasiyanın gücləndirilməsi üçün tam zəmin mövcuddur
Lusine Xaratyan: Ermənistan və Azərbaycan mediası sülhün möhkəmləndirilməsinə kömək etməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
