Azərbaycan-Gürcüstan münasibətləri region üçün nümunəvi əməkdaşlıq modeli kimi qəbul olunur - RƏY
Bu gün Azərbaycan ilə Gürcüstan arasında münasibətlər bütün istiqamətlər üzrə davamlı və yüksələn xətt üzrə inkişaf edir və bu əlaqələr region üçün nümunəvi əməkdaşlıq modeli kimi qəbul olunur.
Bunu "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O hesab edir ki, ölkə başçısının bu səfəri bir daha sübut edir ki, iki ölkə arasında qurulan möhkəm siyasi dialoq, iqtisadi əməkdaşlıq və tarixi dostluq əlaqələri gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə imkan verəcək.
"Azərbaycan ilə Gürcüstan arasında münasibətlər dərin tarixi köklərə, mehriban qonşuluq ənənələrinə və qarşılıqlı etimada əsaslanır. Bu əlaqələr təkcə coğrafi yaxınlıqdan deyil, eyni zamanda xalqlar arasında formalaşmış səmimi dostluq münasibətlərindən qaynaqlanır", - deputat deyib.
S.Salmanova vurğulayıb ki, hazırda iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:
"Siyasi münasibətlər açıq dialoq, qarşılıqlı hörmət və milli maraqlara həssas yanaşma prinsipləri üzərində qurulub ki, bu da regional və beynəlxalq məsələlərdə ortaq mövqenin formalaşmasına şərait yaradır".
Deputat bildirib ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir, qlobal və regional məsələlərdə bir-birini dəstəkləyərək ortaq maraqlardan çıxış edirlər:
"Bu yanaşma hər iki ölkənin beynəlxalq nüfuzunun artmasına və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ötən gün mətbuata bəyanatında da bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".
Oxşar xəbərlər
Strateji əməkdaşlıq Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub - RƏY
Azərbaycan – Gürcüstan münasibətləri dostluq və strateji tərəfdaşlıq nümunəsidir – RƏY
Enerji və nəqliyyat layihələri Azərbaycan–Gürcüstan tərəfdaşlığının əsas sütunlarıdır - RƏY
Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb - RƏY
TDT-nin güclənməsində Azərbaycan və Özbəkistanın əhəmiyyətli rolu var - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
