Gürcüstanın XİN başçısı: İndi Azərbaycanla əməkdaşlıq potensialı daha çoxdur
Müstəqillik əldə edildikdən sonra, Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq daha çox regional layihələrin həyata keçirilməsinə yönəlib. Bu günsə potensial daha çoxdur, regionda daha çox imkanlar mövcuddur.
“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, bunları Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
“İki ölkə arasında koordinasiyalı fəaliyyətin və əməkdaşlığın gündəlik təmin edilməsi daha vacibdir ki, bugünkü geopolitik şəraitdən və regionumuzun coğrafi üstünlüklərindən düzgün istifadə olunsun”, - M.Boçorişvili vurğulayıb.
O, qeyd edib ki, iki ölkə Orta Dəhlizin inkişafında mühüm rol oynaya bilər. Bunun üçün mövcud tərəfdaşlığın daha da gücləndirilməsi vacibdir. İllər ərzində iki ölkə arasında formalaşan dostluq əlaqələri yalnız bu prosesə dəstək verəcək.
Oxşar xəbərlər
Gürcüstanın XİN başçısı: Azərbaycan bizim üçün vacib tərəfdaşdır
Gürcüstanın XİN başçısı yanvarın 16-da Azərbaycana gələcək
Səfir: Gürcüstan XİN rəhbərinin Azərbaycana rəsmi səfəri əlaqələri daha da gücləndirəcək
Boçorişvili: Gürcüstanda xarici qüvvələrin ölkənin daxili işlərinə müdaxilə cəhdləri olub
Ceyhun Bayramov yeni təyin olunmuş gürcü həmkarını təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













