Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin İkinci Qurultayı keçiriləcək
Gürcüstanın paytaxtı Tbilisidə iyunun 28-də Azərbaycandilli Məktəblərin Müəllimlərinin II Qurultayı keçiriləcək.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Maarif” təşkilatının direktoru Aygül İsayeva məlumat verib.
O qeyd edib ki, qurultayın məqsədi dövlət qurumlarının diqqətinə azərbaycandilli məktəblərdə yaşanan problemləri və həlli yollarını çatdırmaq, fikir mübadiləsi aparmaq və perspektivləri müəyyən etməkdir.
Panel müzakirələrdə məruzəçilər kadr çatışmazlığı, ana dili, dövlət dili, ikidilli (bilinqual) təhsil sistemi, inklüziv təhsil, dərsliklərdəki problemlər, infrastruktur məsələləri və s. mövzulara toxunacaqlar. Qurultayda azərbaycandilli məktəblərdə dərs deyən müəllimlərlə yanaşı, dövlət qurumlarının, diplomatik korpusların və təhsil sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri də iştirak edəcəklər.
Qeyd edək ki, müstəqil Gürcüstanın tarixində Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı 2023-cü ilin iyun ayında keçirilib.
Oxşar xəbərlər
Gürcüstanda azərbaycandilli məktəblərdə Novruz bayramına görə bir günlük istirahət olacaq
Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərilib - FOTO
Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərilib
Gürcüstanda “Maarif” təşkilatının rəhbəri qaz partlaması nəticəsində dünyasını dəyişib
Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənninin dərs saatı artırıla bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













