Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərilib
Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, dərsliklər bu gün Azərbaycanın Gürcüstandakı Səfirliyinin vasitəçiliyi ilə Təhsil və Elm Nazirliyinə təqdim edilib.
Gürcüstan tərəfinə 18 adda 23 960 ədəd Ana dili və ədəbiyyatı dərsliyi çatdırılıb və azərbaycandilli məktəblərə paylanacaq.
Qeyd edək ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərir. Bu günədək Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı soydaşlarımıza 650 mindən çox dərslik və digər metodik vəsaitlər göndərilib.
Oxşar xəbərlər
Naxçıvanda yeni tədris ili üçün dərsliklər sifariş olunub
BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır
Azərbaycanın Gürcüstandakı səfirliyi və konsulluq bölməsi bayramla əlaqədar 7 gün işləməyəcək
Gürcüstanın Müdafiə Nazirliyi öz qan bankını yaradacaq
Nazir: 2024-2025-ci tədris ili üzrə Naxçıvana 147 mindən artıq dərslik gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













