Aktauda Xəzər dənizində ən böyük konteyner qovşağı açılıb
sizinxeber.az xəbər saytı

Aktauda Xəzər dənizində ən böyük konteyner qovşağı açılıb


Qazaxıstanın Aktau şəhərində Xəzər dənizində ən böyük konteyner qovşağı vaxtından əvvəl istifadəyə verilib.

“Sizinxeber.az”un yerli bürosunun “Qazaxıstan Dəmir Yolları”na istinadən verdiyi xəbərə görə, qovşaq Lianyunqanq (ÇXR) limanı və “NC Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” ASC ilə tərəfdaşlıq əsasında “Qazaxıstan Temir Yol” SC-nin (onun törəmə şirkəti “KTZ Ekspress” ASC vasitəsilə) təşəbbüsü ilə tikilib.

Yeni qovşaq tranzit imkanlarının artımını təmin edəcək və Qazaxıstanın “Şərq-Qərb”, eləcə də “Şimal-Cənub” və digər beynəlxalq marşrutlarda mühüm halqa kimi mövqeyini gücləndirəcək. Müasir logistika infrastrukturu, o cümlədən Qazaxıstanda analoqu olmayan qabaqcıl texnologiyalar konteyner yüklərinin emalını xeyli sürətləndirəcək.

Obyektin istifadəyə verilməsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çindən 100 000-ci konteynerin gəlməsi ilə əlamətdar olub.

Oxşar xəbərlər

Çindən Orta Dəhlizlə konteyner daşımalarının həcmi 10 min TEU-nu ötüb
“Kazmortransflot” və “AD Ports” Orta Dəhlizlə yük axınının artırılması üçün konteyner gəmiləri inşa edəcək
Orta Dəhlizlə bu il konteyner daşımaları 3 dəfə artıb
Ötən il TBNM ilə 3,3 milyon ton yük daşınıb
Rumıniya və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə iş aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər