Ukrayna Rusiyaya liderlərin görüşünə qədər atəşkəs təklif edir
Ukrayna Rusiyaya liderlərin görüşünə qədər atəşkəs təklif edir, çünki əgər müvafiq deeskalasiya addımlarını görərsə, o zaman atəşkəs rejimi ABŞ-nin vasitəçilik təminatları ilə davam edəcək.
"Report"un Ukrayna KİV-lərinə istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
"Tərəfdaşlar dəstəkləyə bilərlər, lakin biz Rusiya tərəfinə liderlərin görüşünə qədər atəşkəs təklif edirik", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Ukrayna bazar ertəsindən etibarən istənilən gün görüş təklif edir.
"Niyə liderlərin görüşünə qədər atəşkəs? Çünki biz görüşəcəyik, əgər heç bir anlaşma yoxdursa, bunun necə bitəcəyi ilə bağlı istək və baxışlar yoxdursa, atəşkəs elə həmin gün bitəcək. Əgər biz dialoqun davam etdirilə biləcəyini və müvafiq deeskalasiya addımlarına hazır olduğumuzu görəriksə, o zaman ABŞ vasitəçilik təminatları ilə atəşkəs rejimini davam etdirəcəyik", - deyə prezident izah edib.
Oxşar xəbərlər
Zelenski: Ukrayna tam atəşkəs tələb edir
Zelenski 30 günlük atəşkəsdə israr edir
Zelenski: Ukrayna Rusiya ilə atəşkəsin Pasxadan sonra da davam etdirilməsini istəyir
Zelenski: Ukrayna istənilən formatda danışıqlara hazırdır
Ukrayna ABŞ ilə danışıqlarda hava və dənizdə atəşkəs təklif edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













