Ukraynalı deputat: Azərbaycan müstəqillik və dövlətçiliyin qorunmasını məharətlə bacarır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2025
12:30

Ukraynalı deputat: Azərbaycan müstəqillik və dövlətçiliyin qorunmasını məharətlə bacarır

28 may, 2025
12:30
528

Ukraynalı deputat: Azərbaycan müstəqillik və dövlətçiliyin qorunmasını məharətlə bacarır

Müstəqilliyin və dövlətçiliyin qorunması vacibdir. Azərbaycan bunu məharətlə bacarır.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının eks spikeri, deputat Dmitro Razumkov bildirib.

Onun sözlərinə görə, Ukrayna öz müstəqilliyi və dövlət olaraq qalmaq uğrunda mübarizə aparır:

"Buna görə də bizim üçün həm Bakıdan, həm də Azərbaycan xalqından gördüyümüz dəstək vacibdir. Mən Azərbaycanın daim çiçəklənməsini arzu edirəm. Müasir Azərbaycan çox şeyə nail olub. Əminəm ki, qarşıda hələ böyük bir yol var, onu keçmək və Azərbaycan xalqının, dövlətinin qarşısında duran bütün məqsədlərinə çatmaq lazımdır".

Deputat qeyd edib ki, Ukrayna bu gün Azərbaycandan aldığı yardımı və örnəyi çox yüksək qiymətləndirir.

"Ümid edirəm ki, bu, qorunub saxlanılacaq və biz bundan sonra da həm insanlar arasında, həm də paralel olaraq bütün sahələrdə olan yaxşı münasibətləri artıra biləcəyik. Sizin kifayət qədər ciddi iqtisadiyyatınız, ciddi imkanlarınız var və əminəm ki, biz dövlətlərimizin rifahı naminə iqtisadi baxımdan əsl dost və tərəfdaşlar ola bilərik", - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın