NATO ölkələrinin XİN başçıları Antalyada Ukraynada sülh nizamlanmasını müzakirə edəcəklər
sizinxeber.az xəbər saytı

NATO ölkələrinin XİN başçıları Antalyada Ukraynada sülh nizamlanmasını müzakirə edəcəklər


NATO ölkələrinin xarici işlər nazirlərinin Antalyada keçiriləcək qeyri-rəsmi görüşündə alyansın müdafiə xərcləri və Ukraynada sülh nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq.

“Sizinxeber.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu görüşün başlanmasından əvvəl jurnalistlərə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Müttəfiqlər bu gün müdafiə xərclərinin idarə edilməsi, bölüşdürülməsi və müdafiə sənayesinin gücləndirilməsindən başlayaraq Ukraynada sülhün bərqərar olması məsələsinə qədər mühüm müzakirələr aparacaq. Bunlar liderlərimizin gələn ay Niderlandda keçirəcəyi görüşə hazırlıq çərçivəsində bu gün müzakirə edəcəyimiz vacib məsələlərdən bəziləridir", - o qeyd edib.

Oxşar xəbərlər

Mayda NATO XİN başçılarının Türkiyədə qeyri-rəsmi görüşü keçiriləcək
ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
NATO XİN başçılarının iclasında müzakirə olunacaq məsələlər açıqlanıb
G7 XİN başçılarının iclasında Ukraynada atəşkəs müzakirə ediləcək
Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər