Ermənistanda çağırış yaşının artırılması təklif edilib
sizinxeber.az xəbər saytı

Ermənistanda çağırış yaşının artırılması təklif edilib


Ermənistanda müddətli hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə çatdırılması təklif olunur.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq təşəbbüslə hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Hayk Sarkisyan çıxış edib.

Təklif çərçivəsində "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanuna dəyişikliklərin, "Dövlət rüsumu haqqında" qanuna və Ermənistan Cinayət Məcəlləsinə əlavələrin edilməsi planlaşdırılır.

Bununla yanaşı, 18 yaşına qədər vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) məbləğində rüsumun təyin edilməsi təklif olunur. Bu məbləğ ordudan yayınan 27 yaşdan yuxarı vətəndaşların cinayət təqibindən qaçmasına imkan verəcək.

Təşəbbüsün məqsədi çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından imtina hallarının qarşısını almaqdır.

Oxşar xəbərlər

Hərbi Xidmətdən Yayınanlara Ölkədən Çıxış Qadağası Gəlir!
Ermənistanda hərbi xidmətdən yayınmaya görə cəzalar sərtləşdirilə bilər
Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir
Ermənistanda aeroportlarda müşahidə kameralarının quraşdırılması təklif edilir
Hərbçilərin pensiya yaşı ARTIRILIR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər