Ermənistanda aeroportlarda müşahidə kameralarının quraşdırılması təklif edilir
Ermənistan Daxili İşlər Nazirliyi (DİN) hava limanlarının giriş və çıxışlarında müşahidə kameraları quraşdırmalıdır.
“Sizinxeber.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə "Mülki müqavilə" partiyasından olan deputat Hayk Sarkisyanın hökumətə təqdim etdiyi "Polis haqqında" qanuna dəyişikliklər paketində qeyd olunub.
Həmçinin polisin hava limanlarının təhlükəsizlik xidmətlərinin mövcud müşahidə kameralarına və quru sərhəd-keçid məntəqələrindəki güc strukturlarının kameralarına çıxışının təmin edilməsi təklif olunur.
Qeyd olunur ki, bu məlumatlar dövlət və qeyri-dövlət təşkilatlarına ödənişli əsaslarla (qanunla qadağan edilməyən hallarda) təqdim edilə bilər. Lakin bunun hansı hallarda mümkün olduğu dəqiqləşdirilmir.
Ümumilikdə qanun layihəsi ilə bağlı müsbət rəy verilsə də, polisin Milli Təhlükəsizlik Xidmətinin müşahidə kameralarına çıxışının məhdudlaşdırılması təklif olunur. Layihə bu rəylə parlamentin müzakirəsinə təqdim ediləcək.
Oxşar xəbərlər
Azərbaycanda regional hava limanlarının xarici şirkətin istifadəsinə verilməsi təklif olunur
Politoloq: Ermənistanda bir sıra qüvvələrin aktivləşməsi müşahidə olunur
Havada toz müşahidə olunur
Əksər rayonlarda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
-
Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? VİDEO
-
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
-
Əli Kərimlinin yeni mesajları yayıldı – Mətbuat Xidmətindən açıqlama
-
Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat












