Numan Kurtulmuş: Türkiyə Şimali Kiprin müstəqilliyinin tanınması üçün səylərini davam etdirəcək
Şimali Kipr üçün yeni mərhələ başlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İstanbulda Kipr Sülh Əməliyyatının 50-ci ildönümünə həsr olunan çıxışında deyib.
O bildirib ki, Türkiyə Şimali Kiprin müstəqilliyinin tanınması üçün səylərini davam etdirəcək.
N.Kurtulmuş, həmçinin beynəlxalq ictimaiyyətin Kipr Sülh Əməliyyatına qeyri-obyektiv reaksiyasına diqqət çəkib:
“Əgər o əməliyyatlar başlamasa idi, indi vəziyyət daha pis olacaqdı. Yəni biz məcbur idik. Çünki bilirik ki, beynəlxalq sistem həll yollarını tapmaq imkanına malik deyil. Təəssüf ki, güc kimdədirsə, onun sözü keçir”.
Parlament sədrinin sözlərinə görə, beynəlxalq sistem dünyada baş verən bir çox hadisələrə göz yumur.
Oxşar xəbərlər
TBMM sədri: "Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək”
TBMM sədri: “Bəzi lobbilər Azərbaycanın qələbəsinə kölgə salmaq üçün kampaniya aparırlar”
TBMM sədri: “Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər”
ŞKTC parlamentinin sədri: Türk dövlətləri arasında müştərək hərbi saziş imzalanmalıdır
Ərdoğan: Kiprdə nizamlanma üçün iki dövlətin tanınması şərtdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













