

TBMM sədri: "Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək”
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) olub.
“Report” xəbər verir ki, bu barədə TBMM sədri Numan Kurtulmuş “X”də yazıb.
O bildirib ki, Türkiyə və Azərbaycan “iki dövlət, bir millət” anlayışı ilə bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrdə də əməkdaşlığı davam etdirir.
N.Kurtulmuş S.Qafarova ilə görüşü barədə bildirib ki, iki ölkə arasındakı əməkdaşlığı, regiondakı durumu müzakirə ediblər.
Onlar bölgədəki problemlərin tədricən həll olunduğunu vurğulayıblar.
“Həmçinin, Türkiyənin bütün platformalarda qardaş Azərbaycanın yanında olduğunu vurğuladıq. Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək”, - N.Kurtulmuş əlavə edib.
Qeyd edək ki, səfər çərçivəsində S.Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.
Oxşar xəbərlər
TBMM sədri: “Bəzi lobbilər Azərbaycanın qələbəsinə kölgə salmaq üçün kampaniya aparırlar”
Cevdet Yılmaz: "Azərbaycanla Türkiyə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı genişləndirməyə davam edəcək"
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü
Hakan Fidan: “Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması imkanını alqışlayırıq”
Azərbaycan və İraq prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
