Ərdoğan: Kiprdə nizamlanma üçün iki dövlətin tanınması şərtdir
sizinxeber.az xəbər saytı

Ərdoğan: Kiprdə nizamlanma üçün iki dövlətin tanınması şərtdir


Kipr probleminin həlli yalnız bölünmüş adada iki dövlətin mövcudluğu faktının tanınması ilə mümkündür.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lefkoşada çıxışı zamanı deyib.

“Kipr probleminin federativ qaydada həllinə inanmırıq. Uzun illər əvvəl İsveçrədə qaldığımız yerdən danışıqları davam etdirməyin heç kimə faydası olmayacaq”, - o bildirib.

Ərdoğan vurğulayıb ki, məsələnin həlli üçün Kiprdə münaqişə tərəfləri danışıqlar masası arxasına oturmalı və bütün məsələlərdə bərabər hüquqlara malik olmalıdırlar. Onun sözlərinə görə, sabit həll yalnız iki dövlətin tanınması əsasında mümkündür.

“Şimali Kipr Türk Cümhuriyyətinin tanınması istiqamətində göstərdiyimiz səylərin bir nümunəsi onun Prezidenti Ersin Tatarın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısında iştirakı oldu. Dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə qətiyyətli liderliyinə görə bir daha təşəkkür etmək istəyirəm”, - Ərdoğan əlavə edib.

Oxşar xəbərlər

Ərsin Tatar İlham Əliyevə təşəkkür etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Fələstinlə bağlı dörd Avropa ölkəsinə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astanada Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: “Azərbaycanlılar 30 ildən sonra Qarabağa, öz torpaqlarına qayıtdılar” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan İlham Əliyevə zəng etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər