Paşinyan: Azərbaycanla Minsk qrupunun strukturlarının buraxılması bəyanatını imzalamaq mümkündür
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla birgə ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması haqqında bəyanatın sülh sazişi ilə eyni zamanda imzalanmasını mümkün hesab edir.
“Report” xəbər verir ki, bu barədə o, Estoniyada keçiriyi mətbuat konfransında danışıb.
Bildirib ki, Ermənistan regionda davamlı sülhə nail olmaq üçün qəti mövqeyə malikdir: “Biz bu yolda lazımi addımları atmaqda qətiyyətliyik, mövcud problemləri qonşularımızla konstruktiv dialoq və danışıqlar yolu ilə həll etməyə hazırıq”.
“Mən Estoniya baş naziri ilə söhbət zamanı artıq razılaşdırılmış sülh sazişi mətnini imzalamağa hazır olduğumu təsdiqlədim, həmçinin qeyd etdim ki, ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması haqqında Azərbaycanla birgə bəyanatın sülh sazişi ilə eyni zamanda imzalanmasını mümkün hesab edirəm", - Paşinyan vurğulayıb.
Oxşar xəbərlər
Paşinyan yaya qədər Minsk qrupunun buraxılması ilə bağlı müraciət edəcək
Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir
Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır
Ermənistan ATƏT-in Minsk Qrupunun buraxılması üçün müraciət imkanlarına baxır
Paşinyan AŞPA sədri ilə görüşdə Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
