Ankarada beynəlxalq konfransda azərbaycanlılara qarşı törədilən müstəmləkə zülmündən bəhs edilib
sizinxeber.az xəbər saytı

Ankarada beynəlxalq konfransda azərbaycanlılara qarşı törədilən müstəmləkə zülmündən bəhs edilib


Bu gün Türkiyənin paytaxtı Ankarada OSTİM (Orta Doğu Sənaye və Ticarət Mərkəzi) Texniki Universitetində “Müstəmləkə cinayətləri” adlı beynəlxalq konfrans keçirilib.

"Sizinxeber.az"un Türkiyə bürosu xəbər verir ki, konfransda azərbaycanlı politoloq Rusif Məmmədsoy "Sovetlərin müstəmləkə cinayətləri dünəndən bu günə" mövzusunda çıxış edib.

O, keçən əsrin əvvəllərindən Sovetlər Birliyi dağılana qədər Azərbaycan türkləri, ümumilikdə Türk dünyasından Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də Ahıska, Fərqanə türklərinə qarşı tətbiq edilən zülm və dəhşətli vəhşiliklərdən, o dönəmdə olan informasiya məhdudiyyətindən bəhs edib.

Çıxışçı, həmçinin Qarabağ probleminin kökləri və erməni-rus hərbi birləşmələrinin törətdiyi qətliamlar, Zəngəzur dəhlizinin işlək olmaması problemlərindən danışıb.

OSTİM Texniki Universiteti rəhbərliyinin bu təşəbbüsünü təqdir edən politoloq bu cür nümunəvi tədbirlərin Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan digər ölkələrin universitetlərində də keçirilməsinin mühüm olduğunu dilə gətirib, Azərbaycanda müvafiq dairələrdə də bu məsələni gündəmə gətirəcəyini ifadə edib.

Qeyd edək ki, OSTİM Texniki Universitetində keçirilən konfransın iştirakçıları Cənubi və Şimali Amerika, Afrika, Asiya xalqlarının, eləcə də Balkan regionu, Pakistan, Hindistan, Myanma, xüsusilə Fələstin əhalisinin üzləşdiyi problemlərə diqqət yetiriblər. Həmçinin, tədbirdə Fransa, İngiltərə, ABŞ, İsrail, Rusiya və digər imperial güclərin müstəmləkəsində olan ölkələrdə yaşanan zülmlərdən bəhs edilib.

Oxşar xəbərlər

Tbilisidə Ahıska türklərinin deportasiyasının 80-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
Parisdə “Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Bakıda “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” adlı beynəlxalq konfrans keçirilir
Azərbaycanın Zəfər Günü münasibətilə Ankarada genişmiqyaslı tədbir keçiriləcək
Türkiyənin Mütəşəkkil Sənaye Zonasının rəhbəri: Azərbaycanla əməkdaşlıq türk dünyasına böyük fayda verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər