

Türkiyənin Mütəşəkkil Sənaye Zonasının rəhbəri: Azərbaycanla əməkdaşlıq türk dünyasına böyük fayda verəcək
Qarabağ zəfərində OSTİM istehsalı olan müdafiə sənayesi məhsullarının da payı var. Hesab edirik ki, Azərbaycanla əməkdaşlığımızın genişlənməsi türk dünyasına böyük fayda verəcək.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Ortadoğu Sənaye və Ticarət Mərkəzinin (OSTİM) Mütəşəkkil Sənaye Zonasının (ÖSB) İdarə Heyətinin sədri Orhan Aydın bildirib.
O qeyd edib ki, rəhbərlik etdiyi qurumun mütəxəssisləri tərəfindən Qarabağda hansı sənaye sahəsinin inkişafa ehtiyacı olduğunun öyrənilməsi nəzərdə tutulub: “İşğaldan azad edilən Azərbaycan torpaqlarında hələ ki olmamışıq. Amma OSTİM istehsalı olan maşınlar, müdafiə sənayesi məhsulları savaş bölgələrində istifadə edilib, bundan da məmnuniyyət və qürur duyuruq”.
Rəhbərlik etdiyi qurumun dünyanın 20-dən çox ölkəsinin müvafiq müəssisələri ilə əməkdaşlıq etdiyini bildirən O.Aydın Özbəkistanda OSTİM ÖSB nümunəsinin tətbiq olunduğunu vurğulayıb.
"Bu əməkdaşlığın bütün türk dünyasına yayılması mümkündür. Bu ilin sentyabr ayında prezidentlərimizin də iştirakı ilə Özbəkistanda həmin sənaye bölgəsinin açılışı gözlənilir. 1990-cı illərdə ilk olaraq biz bu əməkdaşlığı Azərbaycanın Sumqayıt və Bakı şəhərləri ilə qurmuşduq. O zaman əməkdaşlıq etdiyimiz müəssisə qapandığı üçün hazırda Azərbaycanla əlaqələrimizin bərpasına ehtiyac var. Əgər tələbat olarsa, biz məmnuniyyətlə buna hazırıq. Biz türk və müsəlman dünyası ilə işbirliyimizi, gücümüzü böyütməyi düşünürük. Qazaxıstanda bir şin zavodu ilə birgə fəaliyyətlərimiz var, o ölkədə də Özbəkistandakı kimi sənaye zonası qurula bilər. Türk dünyasının “Turan” markası adı altında bütün dünyaya mal ixrac etmək kimi böyük potensialı var. Yəni bunun üçün də Türkiyədəki OSTİM ÖSB nümunəsi bütün türk dünyasında genişlənməlidir”, - o əlavə edib.
Oxşar xəbərlər
Bakıda neft-kimya müəssisələrinin 2 ərazidə zonalaşdırılması təklif olunur
İlham Əliyev: “TDT ölkələri arasında təhlükəsizlik, müdafiə kimi sahələrdə əməkdaşlıq artmalıdır”
Fəxrəddin Qocadan Qənirə Paşayeva ilə bağlı paylaşım
Nazir: “Antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib”
Ələt azad iqtisadi zonasının ərazisi genişləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
-
İngiltərə Premyer Liqası: bu gün “Liverpul” 20-ci çempionluğunu elan edə bilər
