Dövlət Departamenti: Tramp İrana qarşı bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır
ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün lazım olan istənilən vasitədən istifadə etmək hüququnu özündə saxlayır, lakin o, sülhə üstünlük verəcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “The Free Press”ə müsahibəsində deyib.
Dövlət katibinin sözlərinə görə, ABŞ hərbi gücə əl atmamağa və hər şeyi diplomatik yollarla həll etməyə üstünlük verəcək.
“Biz müharibə istəmirik, Tramp müharibələrə başlamaq üçün kampaniya aparan prezident deyil. Özünün də açıq şəkildə dediyi kimi, İran nüvə silahı əldə etməyəcək və bunun qarşısını almaq üçün bütün hüquqlarını özündə saxlayır, lakin o, bunun baş verməməsinə üstünlük verər”.
Oxşar xəbərlər
Tramp Suriyadan qoşunların çıxarılması variantını araşdırmaq hüququnu özündə saxlayır
BMT-nin daimi nümayəndəsi: İran təcavüzə cavab vermək hüququnu özündə saxlayır
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
Tramp: ABŞ nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verir
Tramp İranla razılığa gəlmək istəyini bəyan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













