KİV: Putin Ukraynaya hazırkı cəbhə xəttində atəşkəs təklif edir
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh razılaşması üçün hazırkı cəbhə xəttində atəşkəs təklif edib.
“Report” xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Putin Sankt-Peterburqda keçirilən görüşdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffa deyib ki, Rusiya Ukraynanın dörd regionuna iddialarından əl çəkə bilər.
“Financial Times” iddia edir ki, bu, Putinin müharibəni dayandırmaq üçün bir sıra tələblərindən imtina etməsinin ilk əlaməti ola bilər. Lakin ABŞ-nin müharibəni bitirmək səyləri ilə tanış olan avropalı rəsmilər xəbərdarlıq edir ki, Tramp Rusiyanın digər şərtlərini də Ukraynaya diktə edə bilər.
Oxşar xəbərlər
FT: Putin hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib
KİV: Vaşinqton Uitkoff və Rusiya arasında növbəti görüşü planlaşdırır
Sankt-Peterburqda Putinin Trampın xüsusi nümayəndəsi ilə görüşü başlayıb
Əgər Kurskda baş verənlər Putini qane etmirsə… - ABŞ
Putin: Rusiya Ukrayna ərazisindən qazın tranzitindən imtina etmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












