Səfir: Rusiya və İran 20 illik müddətə əlaqələrin inkişafı üçün yol xəritəsi hazırlayacaq
sizinxeber.az xəbər saytı

Səfir: Rusiya və İran 20 illik müddətə əlaqələrin inkişafı üçün yol xəritəsi hazırlayacaq


Rusiya və İran ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclasında 20 il müddətinə yol xəritəsi hazırlayacaq.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

“Bu görüşdə iki ölkənin ekspertləri ixtisaslaşmış işçi qrupları çərçivəsində ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi yollarını nəzərdən keçirəcək və mövcud maneələri aradan qaldıraraq Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində arzu olunan gələcək tərəfdaşlıq əlaqələrinə nail olmaq üçün 20 illik yol xəritəsini hazırlayacaqlar”, - o yazıb.

K.Cəlali qeyd edib ki, aprelin 23-25-də keçiriləcək görüşdə Rusiyanın energetika naziri Sergey Tsivilyev və İranın neft naziri Möhsün Paknejad iştirak edəcək.

Oxşar xəbərlər

Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır
İran XİN başçısı sabah Moskvaya rəsmi səfər edəcək
Səfir: İran və Rusiya arasında tərəfdaşlıq müqaviləsi 47 maddədən ibarətdir
Rusiya XİN başçısının müavini və İran səfiri yüksək səviyyəli gələcək təmasları müzakirə ediblər
Peskov: Rusiya və İran prezidentləri cümə günü Moskvada danışıqlar aparacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər